Qara dənizdə 3 ölkə arasında gərginlik

  • 08.12.2020, 09:30,
  • Dünya
  • Baxılıb: 44
Qara dənizdə 3 ölkə arasında gərginlik

Rusiyaya məxsus “Su-30” tipli döyüş təyyarəsi Fransa və ABŞ-a məxsus kəşfiyyat təyyarələrinin Qara dəniz üzərində uçuşuna mane olub.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi (NDCC) ölkə sərhədində kəşfiyyat xarakterli uçuşları aşkar etdiklərini açıqlayıb:

“Hava hədəflərini müəyyənləşdirmək və Rusiya dövlət sərhədinə qarşı pozuntuların qarşısını almaq üçün Cənubi Hərbi Dairənin hava qüvvələrinə aid “Su-30” döyüş təyyarəsi havaya qalxaraq kəşfiyyat təyyarələrinin qarşısını alıb.

Radar tərəfindən uçuşları həyata keçirənin ABŞ Hava Qüvvələrinin “RC-135”, “KS-135” tipli və Fransa Hava Qüvvələrinə məxsus “C.160G” kəşfiyyat təyyarələri olduğu müəyyən edilib. Bununla da, Rusiya sərhədlərinə yaxınlaşmalarının qarşısı alınıb”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter