Dəmirəlin mənəvi oğlu koronavirusdan vəfat etdi
- 25.04.2020, 22:20,
- Dünya
Baxılıb: 52
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin mənəvi oğlu koronavirusdan dünyasını dəyişib."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə DYP-li siyasətçi Muhsin Alnıaçık sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, övladları olmadığı üçün 8 yaşından Dəmirəl cütlüyünün himayəsində böyüyən Çetin Şener eks-Prezidentin həyat yoldaşı Nazmiye Dəmirəlin qardaşı olub.
M. Alnıaçıkın sözlərinə görə, dünən virus səbəbindən vəfat edən Ç. Şener Dəmirəllərin nəvələri kimi sevdiyi əkiz övladlarının toyuna hazırlıq görən zaman virusa yoluxduğunu öyrənib.
Qeyd edək ki, Süleyman Dəmirəlin Ç. Şenerə hər zaman güvəndiyi və maliyyə məsələlərini ona etibar etdiyi bilinir.