Qazaxıstanın keçmiş müdafiə naziri 12 il müddətinə həbs olundu
- 09.03.2023, 11:30,
- Dünya
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
Qazaxıstanda məhkəmə ölkənin keçmiş müdafiə naziri Murat Bektanovu 12 il müddətinə azadlıqdan məhrum edib.“Qanunyolutv.az”, “Baigenews.kz” portalına istinadən xəbər verir ki, Bektanov 2022-ci ilin yanvarında ölkədə baş verən iğtişaşlar zamanı fəaliyyətsizlikdə ittiham edilib.
Murat Bektanov ötən ilin fevralında saxlanılıb. Ölkə Prezidenti Kasım-Jomart Tokayev isə naziri saxlanılmazdan bir ay əvvəl vəzifəsindən azad edib.
Xatırladaq ki, ötən ilin yanvar ayının əvvəlində Qazaxıstanda maye qazın qiymətinin bahalaşması səbəbindən kütləvi iğtişaşlar baş verib. İğtişaş iştirakçıları polis əməkdaşlarına və hərbçilərə hücum edib. Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhd olduğunu bəyan edib. Ölkədəki vəziyyəti yanvarın 7-si sabitləşdirmək mümkün olub. Yanvarın 19-u isə bütün ölkə üzrə tətbiq edilən fövqəladə vəziyyət rejimi başa çatıb. Ölkə rəhbərliyinin məlumatına görə, iğtişaşlar nəticəsində 232 nəfər həlak olub, 4500-dən çox insan isə xəsarət alıb.