Ərdoğan bu ölkələrə təşəkkür etdi
- 15.11.2022, 14:30,
- Dünya
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə bağlı ölkəyə öz dəstəyini nümayiş etdirən ölkə və beynəlxalq təşkilatlara təşəkkür edib.“Qanunyolutv.az” xəbər verir ki, Ərdoğan bu barədə öz rəsmi tviter hesabında paylaşım edib.
Ərdoğanın təşəkkür etdiyi ölkələr sırasında Azərbaycan da var.
“İstiqlal küçəsində həyata keçirilən terror hücumunu qınayan, kədərimizi bölüşən, başsağlığı verən bütün ölkələr və beynəlxalq təşkilatlara öz minnətdarlığımı bildirirəm”, - deyə Ərdoğan paylaşımında qeyd edib.
Xatırladaq ki, noyabrın 13-ü İstanbulda törədilən terror aktı zamanı 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.