“Sosial məsafə 2022-ci ilə qədər davam etdirilməlidir”

  • 15.04.2020, 22:55,
  • Dünya
  • Baxılıb: 17
“Sosial məsafə 2022-ci ilə qədər davam etdirilməlidir”












ABŞ-da aparılan bir araşdırmaya görə, 2022-ci ilə qədər mütəmadi olaraq sosial məsafə qaydaları tətbiq olunmalıdır.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Harvard Universitetinin alimləri tərəfindən aparılan araşdırma “Science” elmi-publisistik jurnalında dərc olunub. Kompyuter simulyasiyası vasitəsilə aparılan araşdırmada alimlər epidemiyanın inkişaf istiqamətini müşahidə ediblər.

Araşdırmaya görə, soyuq aylarda koronavirusun daha yoluxucu olacağını güman edən elm adamları xəstəxanaların yüklənməsinin qarşısını almaq üçün sosial məsafə qaydalarının 2022-ci ilə qədər vaxtaşırı təkrarlanmalı olduğunu vurğulayıb. Alimlərin sözlərinə görə, bir dəfə tətbiq olunmuş izolyasiya tədbirləri ilə epidemiyanın qarşısını almaq mümkün olmayacaq.

Araşdırmanın digər bir nəticəsinə görə isə fasiləsiz sosial məsafə və təcridetmə tədbirləri insanlarda kollektiv immunitetin formalaşmasına əngəl törədərək daha zərərli nəticələrə gətirib çıxara bilər.

Qeyd edək ki, dünya üzrə koronavirusa 2,015,571 insan yoluxub, 127,635 nəfər xəstəlik səbəbindən həyatını itirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter