Kraliça dünyasını dəyişdi - Yenilənib
- 08.09.2022, 21:30,
- Dünya
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
“Böyük Britaniya kraliçası II Yelizavetanın həkimləri onun səhhətindən narahatdırlar”.“Qanunyolutv.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Bukinqem sarayından yayıblar.
“Həkimlər bu gün səhər həyata keçirilən müayinələrdən sonra kraliçanın səhhətindən narahatdırlar və ona həkim nəzarəti altında qalmağı tövsiyə ediblər”, - deyə məlumatda qeyd olunub.
"The Guardian" nəşri II Yelizavetanın ölüm xəbərini yayıb. Nəşr daha sonra bu məlumatı silib.
Qeyd edək ki, kraliçanın Şotlandiyada Balmoral qəsrində həkim nəzarətinə götürüldüyü bildirilir.
Kraliça II Yelizavetanın London iqamətgahı olan Bukinqen sarayında mühafizəçilərin dəyişdirilməsi mərasimi ləğv edilib. Bu barədə "BBC" məlumat yayıb.
Onun sözlərinə görə, sarayın darvazalarında müvafiq yazı olan lövhə quraşdırılıb. Ləğv səbəbi göstərilmir.
Kraliça 96 yaşında dünyasını dəyişdi. Bu barədə Bukinqem sarayı məlumat yayıb.