Putin də BMT-nin konfransında iştirak etməyəcək
- 01.11.2021, 14:30,
- Dünya
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Prezidenti Vladimir Putin Qlazqoda keçirilən iqlimlə bağlı sammitdə iştirak etməyəcək.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, Putin nə şəxsən, nə də videobağlantı şəklində sammitə qatılmayacaq.
Peskov bildirib ki, ümumilikdə sammitə videokonfrans rejimində qatılmaq imkanı nəzərdə tutulmayıb. Bununla yanaşı, o qeyd edib ki, Putin konfrans iştirakçılarına videomüraciət göndərib.
Qeyd edək ki, Rusiya Prezidenti oktyabrın 30-dan 31-nə qədər İtaliyanın paytaxtı Roma şəhərində keçirilən G-20 sammitinə də şəxsən qatılmayıb və görüşə videobağlantı ilə qoşulub. Burada da müzakirə edilən mövzulardan biri iqlim dəyişikliyi olub.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransı (COP26) noyabrın 1-12-sində Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək.