BƏƏ və İsrail razılığa gəldi
- 30.06.2021, 07:30,
- Dünya
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Yair Lapid Abu-Dabidə BƏƏ-li həmkarı Əhməd bin Zayed Əl-Nəhyan ilə bir sıra iqtisadi müqavilələrə imza atıb.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi xəbər agentliyi olan WAM məlumat yayıb.
Bildirilib ki, Əl-Nəhyan və Lapid iki ölkə arasında 2020-ci ilin sentyabrında imzalanan əlaqələri normallaşdırma müqaviləsi çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Orta Şərqdəki son vəziyyəti müzakirə edən nazirlər sülh və sabitlik üçün iki ölkə arasındakı müqaviləyə töhfə verilməsinin mühüm olduğunu qeyd ediblər.
XİN rəhbərləri İsraillə BƏƏ arasındakı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan bir sıra ticari və iqtisadi müqavilələr imzalayıblar.
Təl-Əvivlə Abu-Dabi arasında ötən ilin sentyabrında imzalanan əlaqələri normallaşdırma müqaviləsindən sonra BƏƏ-yə səfər edən ilk israilli nazir olan Lapid ölkəsinin Abu-Dabidəki səfirlik binasının açılış mərasiminə qatılmışdı.
Lapidin Dubaydakı İsrail Konsulluğunun açılışına da qatılması gözlənilir.
