Navalnının tərəfdarları aksiyalar keçirdi - Fotolar+Video

  • 21.04.2021, 23:00,
  • Dünya
  • Baxılıb: 21
Navalnının tərəfdarları aksiyalar keçirdi - Fotolar+Video

Rusiyanın müxtəlif şəhərlərində həbsdə olan müxalifətçi Aleksey Navalnıya dəstək məqsədilə etiraz aksiyaları keçirilib.

“Qanunyolu.info.az” Rusiya mediasına istinadən xəbər verir ki, Navalnının tərəfdarları onun səhhətinin pisləşməsi fonunda mitinqə başlayıblar. Aksiyalarda ümumilikdə 400-dən çox iştirakçının saxlanıldığı bildirilir. Moskvada 6 min, Sankt-Peterburqda 4,5 min, Nijni Novqorodda 500 nəfər, ümumilikdə isə 29 şəhərdə 14,4 min nəfər etirazlara qoşulub.
Navalnının tərəfdarları aksiyalar keçirdi - Fotolar+Video

Mitinq zamanı polislə toqquşmalar olduğu söylənilir.

Qeyd edək ki, Aleksey Navalnı martın sonunda saxlanıldığı həbsxanada tibbi yardım tələbinin rədd edilməsindən sonra aclıq aksiyasına başlayıb. Bir müddət əvvəl o, güclü öskürək, yüksək hərarət və sürətli çəki itirmə səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Bloqerin vəziyyəti hazırda qənaətbəxş qiymətləndirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter