Lənkəranda içməli su problemi ilə bağlı “Azərsu”dan - Açıqlama
- 05.12.2020, 16:30,
- Bölgə / Xəbər
Baxılıb: 39
Facebook
Вконтакте
Одноклассники
Google+
Lənkəranda artıq bir aydan çoxdur ki, içməli su palçıqlı gəlir.Bununla bağlı "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən rayon sakinləri müraciət ediblər. Onların sözlərinə görə, son aylar verilən su nəinki içməyə, heç əl yumağa da yaramır:
“İndiyə kimi Lənkəranda su ilə bağlı heç bir problemimiz olmayıb. Rayona verilən su Xanbulançaydan götürülürdü, çox təmiz su idi. Son 1,5 ayda isə su nədənsə palçıqlı gəlir. Bütün Lənkəran ərazisində eyni vəziyyətdir. Bu su ilə heç əl yumaq mümkün deyil”.
Sakinlər bildirirlər ki, oxşar vəziyyət 2017-ci ildə də yaşanıb. O zaman Lənkəran çayları daşdığına görə abonentlərə verilən su bulanıb. Lakin həmin problem bir həftə ərzində tamamilə həll olunub.
Problemlə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Onun "Qanunyolu.info.az", “Qafqazinfo”-ya bildirdiyinə istinadən, hazırda Xanbulançay su anbarında suyun səviyyəsi azalıb. Bu səbəbdən suda bulanıqlıq yaranıb:
“Lənkəranda əhaliyə verilən suyun bakterioloji və kimyəvi göstəriciləri normaya uyğundur. Lənkərana suyun verilişində alternativ mənbədən istifadə olunacaq və gələn həftədən problem öz həllini tapacaq”.
