Lənkəranda uşaqların ölümü ilə bağlı cinayət işi başlandı
- 11.11.2020, 13:45,
- Kriminal
Baxılıb: 8
Facebook
Вконтакте
Одноклассники
Google+
Bugün saat 05 radələrində Lənkəran şəhərində evin yanması nəticəsində 2 azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.Baş Prokurorluğun Mətbuat xidmətindən "Qanunyolu.info.az", “Qafqazinfo”-nun sorğusuna istinadən cavab olaraq bildirilib ki, Lənkəran şəhəri Səttərxan küçəsi 8 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 2019-cu il təvəllüdlü Quts Emil Cəsarət oğlu və 2014-cü il təvəllüdlü Quts Milana Aleksandrovna həlak olub, 2018-ci il təvəllüdlü Quts Artyom Aleksandroviç xəsarət alıb.
Faktla bağlı FHN-nin İstintaq-Əməliyyat idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
FHN-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, yanğın-texniki ekspertizası və məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
