Xızıya atılan raket “S-300” imiş
- 18.10.2020, 17:40,
- Bölgə / Xəbər
Baxılıb: 20
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bu gün saat 13.00 radələrində Xızı rayonu ərazisinə partlayış səsinin eşidilməsi və S-300 raketinin qalıqlarının düşdüyü barədə məlumat daxil olub. ANAMA-nın xüsusi mobil əməliyyat qrupu hadisə yerinə gedib və Sitalçay ərazisində “S-300” raketinin qalıqları aşkarlanıb”."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bunu ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.
Onun sözlərinə görə, hazırda raketin hissələrinin götürülməsi həyata keçirilir:
“Raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub. Bu raket 300 km radiusda hədəfləri aşkarlama qabiliyyətinə malikdir. İndi qeyd olunan bu raketin 250-280 km məsafədə uçuş qabiliyyətinə malik olması müəyyənləşdirilib. Hazırda əməkdaşlarımız tərəfindən raketin hissələrinin ərazidən götürülməsi həyata keçirilir. Raket vurulan zaman xəsarət alan olmayıb”.