Bunları görsəniz, toxunmayın! - Fotolar

Bunları görsəniz, toxunmayın! - Fotolar

Sentyabrın 27-dən oktyabrın 8-dək DİN-in 102 və FHN-nin 112 xidməti zəng mərkəzlərində ANAMA-ya 402 çağırış edilib və 366 əməliyyat çıxışı edilib.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Elnur Qasımov bu gün Bərdə şəhərində, Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Qurum rəsmisi bildirib ki, təxirəsalmaz əməliyyatlar və zərərsizləşdirmə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir. Hacıqabul, Zərdab, Yevlax rayonlarını və Gəncə, Mingəçevir şəhərlərini əhatə edib.

E.Qasımov ANAMA tərəfindən aşkar olunan obyektlərin növləri və sayı barədə də məlumat verib. O bildirib ki, 1 ədəd aviabomba (OFAB-100), 23 ədəd 300 mm-lik 9M528 raketi (Smerç), 1 ədəd 9M528 raketin arxa hissəsi (dolu) və döyüş başlığı, 1 ədəd 300 mm-lik 9M55K raketinin döyüş başlığı, 35 ədəd top mərmisi, 12 ədəd tank əleyhinə idarə olunmayan raket, 1 ədəd raketin təzyiq akkumulyatoru (9D180), 1 ədəd idarə olunan raket. əlavə olaraq 598 ədəd bombacıq 33 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd kamikadze dron (zərərsizdirilmiş) və 109 ədəd partlamış raket hissələri aşkar olunub.

ANAMA nümayəndəsi çıxışında vətəndaşlara da müraciət edib. O bildirib ki, naməlum obyekt görən zaman dərhal 102 və 112 xidməti zəng mərkəzlərinə məlumat versinlər.

"Uşaqlardan xahiş edirik ki, hər hansı mərmi görsələr, mütləq valideynlərinə müraciət etsinlər, tanımadıqları obyektə toxunmasınlar. Tapıntıların çoxu otlaq sahələrdə olur, onlara toxunmayın", - deyə qurum rəsmisi xəbərdarlıq edib.
Bunları görsəniz, toxunmayın! - Fotolar

Bunları görsəniz, toxunmayın! - Fotolar

Bunları görsəniz, toxunmayın! - Fotolar

Bunları görsəniz, toxunmayın! - Fotolar

Bunları görsəniz, toxunmayın! - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter