Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və BŞBDYP-si idarəsinin əməkdaşları xidməti vəzifələrini layiqincə yerinə yetirir
- 09.04.2020, 01:05,
- Gündəm
Baxılıb: 248
Facebook
Вконтакте
Одноклассники
Google+
Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır.
Heydər ƏliyevAzərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronovirus pandemiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər Bakı şəhərində, bölgələrdə, regionlarda, rayon və kəndlərdə davam etdirilır. Ölkəmizdə aparılan bu tədbirlərlə bağlı DİN-nin Əlahiddə Çevik Polis Alayının və BŞBDYP-si idarəsinin əməkdaşları ilə birgə Daxılı Qoşunların əsgərləri də bu ağır günlərdə koronovirus(COVİD-19) infeksiyasının əhali arasında geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində qalmaqlarına qarşı yorulmadan, səngimədən mübarizə aparırlar.İnsanlarla küçələrdə, yeraltı keçidlərdə, avtobus dayanacaqlarında mütəmadə olaraq söhbətlər aparır, icazəli olub-olmadıqlarını yoxlayır, dövlətimizin qoyduqları qanunları pozmamalarını, qoyulan qanunlara əməl etmələrini başa salır və onlara karantin jejimində evdə qalmaqlarını tövsiyyə edirlər. Karantin rejimini pozan, müvafiq icazəsi olmadan hərəkət edən şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq protokollar tərtib edilərək tədbirlər görürlər.Onuda qeyd etmək istəyirəm ki,Əlahiddə Çevik Polis Alayı əməkdaşları xidməti vəzifələrini Nəsimi rayon 19-cu PB-nin inzibati ərazisində aparırlar.


Bizdə KİV-i əməkdaşları bu təqdirəlayiq halların şahidi olaraq Çevik Polis Alayının, BŞBDYP-si idarəsinin və bütövlükdə DİN-nin əməkdaşlarının xidmətlərini yüksək qiymətləndirir və başda Azərbaycan Respublikası Daxili İşlər Naziri general-polkovnik VilayətEyvazova ”Qanunyolu.info.az” xəbər portalıın kollektivi adından dərin təşəkkürümüzü bildiririk.
Xalqımıza isə bu ağır və çətin günlərdə ”Evdə qalaq” kompaniyasına qoşularaq özümüzü, ailəmizi və dünyamızı qoruyaq deyirik.






Materialı hazırladı: Təsisçi və baş redaktor Arif Süleymanlı
Xüsusi müxbir Gurşad Rəhimli
