AVMVİB sədri Füzuli Rzaquliyevin Müstəqilliyin Bərpası Günü münasibətilə təbriki!
- 18.10.2025, 23:28,
- Gündəm / Siyasət / Cəmiyyət / Sosial / Xəbər
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 18 oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı, bütün Şəhid və qazi ailələrini, müharibə veteranlarını eləcədə Azərbaycan dövlətinin, xalqının azadlığı uğrunda mübarizə aparan Azərbaycan xalqını təbrik etmişdir. Təbrikdə deyilir:"Bu gün biz dövlət müstəqilliyimizin bərpasının 34-cü ildönümünü böyük qürur və fəxarət hissi ilə qeyd edirik. 1991-ci ilin bu tarixi günü Azərbaycan xalqı əsrlər boyu arzuladığı azadlıq və suverenliyinə qovuşdu. Lakin müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi üçün xalqımız çox böyük sınaqlardan keçdi.
Məhz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmləndi, ölkəmiz Beynəlxalq aləmdə öz layiqli yerini tutdu, milli həmrəyliyimiz bərpa olundu. Onun müəyyən etdiyi siyasi kurs bu gün Prezident, Müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə də bu siyasətin məntiqi nəticəsidir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq biz hər zaman dövlətimizin, xalqımızın və Ali Baş Komandanımızın yanındayıq. Müstəqilliyimizin əbədiliyi və dövlətimizin qüdrəti uğrunda çalışmaq hər birimizin müqəddəs borcu və vəzifəsidir.
Bu əziz gündə bir daha bütün xalqımıza sülh, rifah və yeni zəfərlər arzulayıram. Qoy üçrəngli bayrağımız daim azad səmalarda dalğalansın!"
MÜSTƏQİLLİK GÜNÜNÜZ MÜBARƏK!"Qanunyolutv.az"

Şərh yaz