Azərbaycanı təbrik etdilər - Yenilənib
- 18.10.2024, 13:00,
- Siyasət
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Xarici İşlər Nazirliyi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.“Qanunyolutv.az” xəbər verir ki, Türkiyə XİN-in “X” hesabında edilən paylaşımda deyilir:
“Dost və qardaş Azərbaycanın Müstəqilliyin Bərpası Günü mübarək olsun!”****
İranın Azərbaycandakı Səfirliyi də ölkəmizi Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrik edib.Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.
****
Bununla yanaşı, ABŞ-nin Bakıdakı Səfirliyi də Müstəqilliyin Bərpası Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib: “ABŞ Səfirliyi müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını və təbriklərini çatdırır”.
****
İsrailin Bakıdakı Səfirliyi “X” hesabında yazıb: “Xalqın öz müstəqilliyini bərpa etdiyi bu tarixi gündə, 18 Oktyabrda azərbaycanlıların mətanət və azadlıq ruhunu uca tuturuq”.
****
Böyük Britaniyanın Azərbaycandakı səfiri:“1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. Son 33 ildə Azərbaycan bir dövlət kimi böyük inkişafa nail olmuşdur. Bu möhtəşəm bayram münasibətilə hamınızı təbrik edirəm!”
