AVMVİB-yi Yardımlı rayonuna yeni sədr təyin etdi
- 12.03.2022, 15:30,
- Gündəm / Sosial / Xəbər
Baxılıb: 93
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinə AVMVİB-nin sədri Füzuli Rzaquliyevin əmriylə yeni sədr təyin edildi."Qanunyolu.info.az" xəbər verir ki, Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə fəal iştirakçı olan, topaqlarımızın azad olmasında erməni işğalçılarına qarşı mübarizə aparan, 1-ci Qarabağ savaşlarında döyüşən, "Qarabağ Müharibə Veteranı" Əliyev Mayıxan Əzizulla oğlu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri təyin olundu.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev yeni sədri təyinatla bağlı təbrik edib və ona gələcək fəaliyyətində, işlərində yeni-yeni müvəffəqiyyətlər və uğurlar diləyib.
P.S. Məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından Əliyev Mayılxanı yeni təyinatla bağlı təbrik edir, ona tutduğu bu vəzifədə daima uğurlar və nailiyyətlər arzulayıram.
Fürsətdən istifadə edərək hörmətli sədr Füzuli Rzaquliyevə də gördüyü xeyirxah əməllərinə, göstərdiyi nailiyyətlərə görə dərin təşəkkürümüzü bildirərək, daima uğurlarının davamlı olmağını arzulayırıq!
Onu da qeyd edim ki, tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini Vahid Abdurəhmanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) NTK sədri Niyazi Quliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyya Rəhimov və eləcədə AVMVİB Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev də iştirak ediblər.
Təbrik edirik və uğurlar diləyirik!#BizBirlikdəGüclüyük!!!"Qanunyolu.info.az"
