Rusiyanın 28 şəhərində qanunsuz silah alveri ilə məşğul olanlara qarşı əməliyyatlar həyata keçirilib.“Qanunyolu.info.az” xəbər verir ki, Rusiya Təhlükəsizlik Xidməti (FSB), Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi və Rusiya Qvardiyasının birgə əməliyyatı çərçivəsində 72 nəfər saxlanılıb, 251 odlu silah ələ keçirilib.
FSB-nin məlumatına görə, 37 qanunsuz silah emalatxanası aşkarlanıb.
Əməliyyatın keçirildiyi yeraltı silah emalatxanalarında 251 odlu silah, 80 kq partlayıcı maddə, 21 top sursatı, 9 əl bombası, 25 mindən çox müxtəlif çaplı güllə, 46 səssiz atəş cihazı ələ keçirilib.
Bundan əlavə, reydlər zamanı bir aviasiya pulemyotu ShKAS, üç pulemyot, 26 hücum avtomatı (AK-103, AKM, AK-74, AKS-74U), 24 sadə avtomat, 130 silah və 67 tüfəng aşkarlanıb.