Paşinyanın tərəfdarları Respublika Meydanına toplaşır - Video

  • 07.11.2019, 14:10,
  • Xəbər
  • Baxılıb: 8
Paşinyanın tərəfdarları Respublika Meydanına toplaşır - Video

Vətəndaşları Respublika Meydanına çağıran Ermənistan hökumətinin başçısı Nikol Paşinyan tərəfdarlarına müraciət etməyi planlaşdırır.

“Qanunyolu.info.az”, “Sputnik Ermənistan”-a istinadən xəbər verir ki, Paşinyanın çağırışı ilə çoxlu sayda vətəndaş mitinqin keçiriləcəyi Ermənistan hökumətinin binasının yaxınlığındakı Respublika Meydanına toplaşıblar.

Kadrlarda İrəvanın mərkəzinə getdikcə daha çox insanın axışdığı əks olunur. Meydana polis qüvvələri də cəlb olunub.

Qeyd edək ki, daha əvvəl Ermənistan hökumətinin başçısı Nikol Paşinyan ölkədə hərbi çevriliş cəhdini elan edərək tərəfdarlarını Respublika Meydanına toplaşmağa çağırmışdı.

Daha sonra o, yerli vaxtla saat 16: 00-da çıxış edəcəyini açıqlayıb. Paşinyan mitinqdə vətəndaşların təhlükəsizliyinin təmin olunacağını bildirib.


Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter