Xırdalanda zavodda uçqun - Fotolar + Yenilənib

  • 29.11.2020, 09:00,
  • Xəbər
  • Baxılıb: 50
Xırdalanda zavodda uçqun - Fotolar + Yenilənib

Abşeron rayonunda partlayış baş verib.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərindəki Yüngül Konstruksiyalar Zavodunda baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar olub.
****

Zavod fəaliyyət göstərmədiyindən onun ərazisində məcburi köçkün ailələri məskunlaşıbmış. İlkin məlumata əsasən, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq "Mitsubishi" və "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib.
Xırdalanda zavodda uçqun - Fotolar + Yenilənib

Xırdalanda zavodda uçqun - Fotolar + Yenilənib

Əraziyə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Yanğının qarşısı alınıb.

Abşeron RPİ-nin əməkdaşlarının verdiyi məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Ancaq ərazidəki iki avtomobil zavodun çökən tavanının altında qalıb.
Xırdalanda zavodda uçqun - Fotolar + Yenilənib

Xırdalanda zavodda uçqun - Fotolar + Yenilənib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter