Sülhməramlılardan ibarət daha 22 təyyarə İrəvana eniş edib

  • 17.11.2020, 12:30,
  • Xəbər
  • Baxılıb: 29
Sülhməramlılardan ibarət daha 22 təyyarə İrəvana eniş edib

“ İl-76” və “An-124” təyyarələri Rusiyaya sülhməramlı qüvvələrin Qarabağa köçürülməsi çərçivəsində bir gün ərzində Ermənistana 22 uçuş həyata keçirib və 64 ədəd avtomobil və xüsusi texnika çatdırıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.

“Ulyanovsk-Vostoçnıy aerodromundan gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin “İl-76” və “An-124” hərbi nəqliyyat təyyarələri 22 uçuş həyata keçirib. Ermənistana 64 ədəd avtomobil və xüsusi texnika, yük maşınları, tank, ekskavatorlar və digər maddi-texniki təminat avadanlığı daşınıb”,- deyə açıqlamada vurğulanıb.

Bildirilib ki, İrəvana gedən personal və texnika hərbi kolonlar şəklində ayrılaraq Dağlıq Qarabağa doğru istiqamət götürürlər. Marşrut havadan “Mi-8” və “Mi-24” vertolyotları ilə müşayiət edilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter