Nazirlik ağır şəraitdə yaşayan əsgər ailəsinə baş çəkdi - Fotolar

  • 13.11.2020, 15:40,
  • Xəbər
  • Baxılıb: 36
Nazirlik ağır şəraitdə yaşayan əsgər ailəsinə baş çəkdi - Fotolar

Binəqədidə yaşayan əsgər Səda Kərimovun ailəsinin sosial durumu ilə bağlı feysbukda paylaşılan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları həmin ünvanda olublar.

Nazirlikdən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, əsgərin anası Raya Abbasova və qardaşı Təbriz Kərimovla görüşüblər.

“Ailə üç nəfərdən (iki oğul və ana) ibarətdir, bir oğul S.Kərimov hərbi xidmətdədir, hazırda evdə digər qardaşla anası yaşayır. Ana və oğul əmək qabiliyyətli olsalar da, işləmədikləri nəzərə alınmaqla, R. Abbasovaya daimi iş yeri, yaxud kiçik biznesini qurmaq üçün özünüməşğulluq proqramı, habelə aylıq 250 manat təqaüd ödənilən peşə hazırlığına cəlb olunmaq təklif edilib.
Nazirlik ağır şəraitdə yaşayan əsgər ailəsinə baş çəkdi - Fotolar

R.Abbasova səhhəti ilə əlaqədar olaraq işləmək istəmədiyini, lakin peşə hazırlığına cəlb edilmək barədə fikirləşəcəyini deyib. Təbrizə isə Kondisioner Zavodunda aylıq əməkhaqqı 450 manat olan operator işi təklif edilib. Lakin Təbriz ona təklif olunan başqa bir işdə (avtomobil temiri sexində yağlama ustası) çalışacağını bildirib. Ailəyə ərzaq yardımı təqdim edilib”, - deyə nazirliyin məlumatında qeyd olunub.

Bildirilib ki, S.Kərimova da əsgərlikdən qayıtdıqdan sonra ixtisasına, əmək bacarığına uyğun işlə təminatına köməklik göstəriləcək. Həmçinin qanunvericiliyə əsasən, nazirlik yalnız şəhid ailələrini və müharibə əlillərini mənzil və ya fərdi evlə təmin edir.
Nazirlik ağır şəraitdə yaşayan əsgər ailəsinə baş çəkdi - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter