Ermənistanda müxalifət rəhbəri saxlanıldı - Foto
- 11.11.2020, 13:20,
- Xəbər
Baxılıb: 26
Facebook
Вконтакте
Одноклассники
Google+
Müxalif “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyan saxlanılıb."Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, o, Milli Təhlükəsizlik Xidmətinə aparılıb.
Bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan ölkədə 17 müxalif siyasi qüvvənin mitinqi başlamazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib:
“Hakimiyyət qorxu və əskiklik kompleksini aradan qaldırmaq əvəzinə bir daha Tsarukyanı tutur. Hamı yaxşı başa düşür ki, bu sənədin imzalanmasından sonra (Qarabağla bağlı üçtərəfli bəyanat - red.) məsuliyyəti başqalarına yükləməyə çalışır”.
Tonoyan Ermənistan rəhbərliyinin siyasi repressiya yoluna üz tutduğunu qeyd edib.