Tsarukyan həbsini siyasi sifariş adlandırdı

  • 26.09.2020, 05:30,
  • Siyasət
  • Baxılıb: 23
Tsarukyan həbsini siyasi sifariş adlandırdı

Ermənistan hakimiyyəti xalqı aldadır və yalnız yalan danışır.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən məlumatına görə, bu barədə haqqında həbs qətimkan tədbirinin seçildiyini öyrənən “Çiçəklənən Ermənistan” partiyasının və eyniadlı parlament fraksiyasının lideri, milyonçu Qaqik Tsarukyan bildirib.

“Bu, siyasi sifariş idi. ...Bu sifarişin icraçıları buna görə cavab verəcəklər. Onlar bu ölkədə yaşayırlar və onların uşaqları burada yaşayırlar", - Tsarukyan deyib.

Müxalifətçi milyarderin tərəfdarları onu alqışlarla qarşılayıb, onun adını səsləndirərək “Nikol get, get” deyə qışqırıblar.

Tsarukyan isə öz növbəsində bildirib ki, bu qərara hazır idi, ona görə də məhkəməyə yox, Milli Təhlükəsizlik Xidmətinə gəlmişdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter