TÜRKSOY-un baş katibi Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat yaydı
- 03.10.2020, 04:25,
- Xəbər
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov Azərbaycanın işğal olunmuş ərazilərində gərginliyin artmasından və silahlı toqquşmalar zamanı dinc sakinlərin həlak olmasından çox təəssüfləndiyini bildirib. "Qanunyolu.info.az", “Qafqazinfo”-nun məlumatına istinadən, bu barədə TÜRKSOY-un baş katibinin bəyanatında deyilir.Beynəlxalq hüququn əsas norma və prinsiplərinin vacibliyinə diqqət çəkən baş katib Kaseinov problemin artıq qəbul edilmiş beynəlxalq qərarlar çərçivəsində həllinin, həmçinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə təsdiq edilmiş müvafiq qətnamələrinin təxirə salınmadan tətbiqinin və hüquqazidd əməllərin tamamilə dayandırılmasının zəruriliyini vurğulayıb.
Türk dünyasının mədəniyyət və incəsənət xadimləri adından Kaseinov bu müqəddəs qədim torpağa sülh, ədalət və ümumbəşəri dəyərlərin aliliyinin gələcəyinə ümidvar olduğunu bildirib.
Baş katib münaqişədə həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların təcili sağalmasını arzulayıb.
