“Birinci yarımildə fərarilik qeydə alınmayıb”
- 01.10.2020, 10:20,
- Xəbər
Baxılıb: 8
Facebook
Вконтакте
Одноклассники
Google+
“Cari ilin birinci yarımili ərzində hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərketmə cinayəti ümumiyyətlə qeydə alınmayıb”."Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, bu faktı Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bu gün “Xalq Qəzeti”ndə dərc edilən məqaləsində qeyd edib.
X.Vəliyev bildirib ki, istər Prezident İlham Əliyevin, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın hər bir çağırışı həmişə milli maraqların təmin edilməsinə, dövlətin qüdrətlənməsinə, xalqın rifahına və ölkədə firavan həyatın davamlılığına hesablanır: “Cari ilin ötən dövrü prokurorluğun uğurlu mərhələsi kimi tarixin yaddaşına düşüb. Cari ilin birinci yarımilində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb. Cari ilin birinci yarımili ərzində fərarilik cinayəti qeydə alınmayıb”.