Rafail Quliyev nazirliyin aparat rəhbəri təyin edildi
- 07.08.2020, 15:35,
- Xəbər
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Rafail Quliyev nazirliyin Aparat rəhbəri təyin edilib.O, buna qədər KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Rafail Quliyev 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb.
2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Ailəlidir, 4 övladı var.
Kənd Təsərüffatı Nazirliyindən məlumatı təsdiqləyiblər.