Monteneqro Azərbaycan vətəndaşları üçün sərhədlərini açdı

  • 04.08.2020, 14:25,
  • Xəbər
  • Baxılıb: 16
Monteneqro Azərbaycan vətəndaşları üçün sərhədlərini açdı












Azərbaycan Monteneqroya giriş üçün epidemioloji təhlükəsiz ölkələrin "yaşıl siyahısına" daxil edilib.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu barədə Monteneqronun Milli Koordinasiya Şurası qərar qəbul edib.

Bununla Azərbaycan vətəndaşlarına COVID-19 ilə bağlı əlavə tələblər olmadan Monteneqroya girişinə icazə veriləcək.

1 iyun tarixindən etibarən Monteneqro hökuməti ölkəyə xüsusi giriş meyarlarını tətbiq etməyə başlayıb. Bu qaydalara görə, 100 min nəfərə 25-dən çox yoluxma halı qeydə alınan ölkələrin vətəndaşları üçün sərhədlər bağlı olacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter