“Niva”yla Bakıdan Cəlilabada piknikə gedənlər cəzalandırıldı
- 30.07.2020, 10:00,
- Xəbər
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
Sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində Bakı şəhər sakini olan Elvin Süleymanzadənin idarə etdiyi “Niva” markalı avtomobil saxlanılıb."Qanunyolu.info.az", “Qafqazinfo" -ya istinadən məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan müvafiq yoxlama zamanı sürücü ilə yanaşı avtomobildə olan Bakı sakinləri Nahid Qasımov, Habil Əsədov və 3 nəfər qadının heç bir müvafiq icazə olmadan, karantin qaydalarını pozaraq Bakı şəhərindən Cəlilabada getdikləri müəyyən edilib.
Onların dincəlmək məqsədilə piknik təşkil etmək üçün gəldikləri məlum olub.
Həmin 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.