Gəncədə külək ağacları elektrik xətlərinin üzərinə aşırdı - Foto

  • 28.07.2020, 22:00,
  • Xəbər
  • Baxılıb: 15
Gəncədə külək ağacları elektrik xətlərinin üzərinə aşırdı - Foto












Qərb bölgəsində əlverişsiz hava şəraiti bir sıra fəsadlar yaradıb.

"Qanunyolu.info.az", "Qafqazinfo"nun xəbərinə istinadən, bu gün axşam saatlarında Gəncədə yağışla müşahidə olunan külək əsib. Təbiət hadisəsi zamanı bir neçə küçədə ağaclar tikililərin və elektrik xətlərinin üzərinə aşıb. Nəticədə bəzi ərazilərdə enerji təminatında fasilələr yaranıb. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Analoji təbiət hadisəsi ətraf rayonlarda da müşahidə olunub. Gədəbəyin bəzi yaşayış məntəqələrinə dolu yağıb.
Gəncədə külək ağacları elektrik xətlərinin üzərinə aşırdı - Foto
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter