Sumqayıt Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan etdi

  • 27.07.2020, 23:20,
  • Xəbər
  • Baxılıb: 30
Sumqayıt Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan etdi












Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzi 2020/2021-ci tədris ili üçün tələbə qəbulunu açıqlayıb.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, peşə təhsil mərkəzi yeni tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:

- Torna və frezer dəzgahların operatoru

- Proqramla idarə olunan dəzgahların operatoru

- Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru

- Sənayedə quraşdırma işləri üzrə usta

- Veb dizayner və proqram təminatçısı

Təhsil müddəti 1 ildir.

Qəbul müsahibə yolu ilə həyata keçiriləcəkdir.

Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər.

Sənədlərin qəbulu 15 avqust 2020-ci il tarixinədək Elektron qəbul sistemi (https://bit.ly/300YIef) vasitəsilə aparılacaqdır.

Əlavə məlumat üçün:

Telefon: +994 12 488 80 65 (daxili 700 və 120)

E-poçt: [email protected]
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter