Qaydaları pozan 7 nəfər imtahandan xaric olunub

  • 23.07.2020, 21:30,
  • Xəbər
  • Baxılıb: 12
Qaydaları pozan 7 nəfər imtahandan xaric olunub












Xəbər verdiyimiz kimi, 11-ci sinif şagirdləri üçün 2-3 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün Naxçıvanda keçirilmiş qəbul) imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Qanunyolu.info.az", "Qafqazinfo"ya verilən məlumata istinadən, bu imtahanlarda iştirakı nəzərdə tutulan 9 180 nəfərdən 353 nəfər imtahana gəlməyib. Qaydalarını pozduğu üçün 7 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Qeyd edək ki, imtahanlarda şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter