SOCAR işçilərinin əlavə ödənişlərini azaltdı
- 03.07.2020, 16:50,
- Xəbər
Baxılıb: 51
Facebook
Вконтакте
Одноклассники
Google+
SOCAR-da çalışan işçilərə, o cümlədən aparıcı, məsul və səlahiyyətli işçilərə təyin edilmiş aylıq əlavə ödəniş məbləğləri iyulun 1-dən 50% azaldılıb. Bununla bağlı SOCAR-ın prezidenti Rövnəq Abdullayev əmr imzalayıb."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Azadlıq Radiosuna SOCAR-da çalışan əməkdaşlar məlumat verib. Onların sözlərinə görə, qərar iyunun 22-də qəbul edilib.
“Biz əlavə ödənişləri 2016-cı ildən alırdıq. İndi isə deyirlər ki, neftin qiyməti düşüb, pandemiya dövrüdür, ona görə əlavə ödənişlər ləğv edilib”, - adının çəkilməsini istəməyən əməkdaş bildirib.
SOCAR-ın İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Turan”a faktı təsdiqləyib.“Əlavə ödənişlərin azaldılması neftin qiymətinin aşağı düşməsi, iqtisadi böhran və neft məhsullarına olan tələbatın azalması ilə əlaqələndirilir”, - İ.Əhmədov söyləyib. Onun sözlərinə görə, işçilərin əsas əməkhaqqında dəyişiklik edilməyib, o, olduğu kimi qalır.