İtaliya Kubokunda əlavə vaxt ləğv edildi
- 10.06.2020, 19:40,
- İdman
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Futbol üzrə İtaliya Kubokunun təşkilatçıları turnirin yarımfinal və final oyunlarında əlavə vaxtdan imtina etmək qərarına gəlib.
"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, kubok matçlarında əsas hissə bitdikdən sonra qalib bilinməsə, komandalar dərhal penaltilər seriyasına keçəcəklər.
Yarımfinal görüşləri 12-13 iyunda olacaq. İlk matçda “Milan” və “Yuventus”, ikinci qarşılaşmada isə “Napoli” ilə “İnter” komandaları finala yüksəlmək üçün mübarizə apacaqlar. Final iyunun 17-də baş tutacaq.
İtaliya A Seriyası iyunun 20-də “Torino” – “Parma” oyunu ilə bərpa olunacaq.