AZAL-dan biletlərin baha satılması xəbərinə - Reaksiya
- 26.06.2020, 22:50,
- Xəbər
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
AZAL İstanbul-Bakı reysinə biletlərin baha qiymətə satılması ilə bağlı sosial şəbəkələrdə və bəzi KİV-də yayılan fotoya münasibət bildirib."Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən "Qanunyolu.info.az", "Qafqazinfo"ya verilən məlumata istinadən, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir.
Bundan əlavə xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün Bakı-İstanbul və İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir.
"AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır". - deyə məlumatda qeyd olunur.
