Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
- 08.10.2026, 10:30,
- Xəbər
Baxılıb: 8
Facebook
Вконтакте
Одноклассники
Google+
“AİD Group” xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasında belə qərar qəbul edib.
Samir Yəhyazadənin 2 ay müddətinə
“Kürdəxanı türməsi” kimi tanınan Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar verilib.
Qeyd edək ki, Samir Yəhyazadə 3 ay əvvəl DTX tərəfindən həbs edilib. O, həyat yoldaşı, aparıcı
Nigar Fərhadla birgə külli miqdarda dələduzluqda ittiham olunur. İş üzrə zərərçəkmişlərin əksəriyyəti xaricdə təhsil almaq üçün müraciət edən şəxslərdir. Nigar Fərhad barəsində isə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.
Hazırda
“AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.