Saleh Səmədova 9 il həbs istənildi
- 30.09.2026, 14:00,
- Xəbər
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.“Qanunyolutv.az”-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib.
Prokuror Saleh Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərək 9 il azadlıqdan məhrum olunmasını tələb edib.
Müdafiə çıxışı üçün vəkilə vaxt verilib.
Qeyd edək ki, Saleh Səmədov ötən il 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa etmişdi. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etməsi ictimai qınağa səbəb oldu.
Bu qalmaqaldan sonra Saleh Səmədov vəzifəsindən azad edildi. Bir müddət sonra isə DTX onun korrupsiya cinayətlərini üzə çıxardı. O, 200 min manat mənimsəmədə təqsirləndirilir. Keçmiş şura sədri 1 ildir həbsdədir.