Yardımlıda açıq ərazidə yanğın olub - Video
- 18.09.2026, 22:30,
- Xəbər / Sosial
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verib.“Qanunyolutv.az” xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 2 ha sahədə quru ot yanıb.
Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.