Sahil Babayevin müşaviri oldu - Foto
- 14.09.2026, 12:30,
- Xəbər / İqtisadiyyat
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb.
Rəşad Həsənov qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb.
“Dövlət qulluğunda peşəkar fəaliyyətimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyində nazirin müşaviri kimi davam etdirərək dövlət maliyyəsinin idarə olunması sahəsində ölkədə aparılan genişmiqyaslı islahatlara töhfə verməyə davam edəcəyəm”, - Rəşad Həsənov bildirib.
Qeyd edək ki, Rəşad Həsənov 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək BVF və Dünya Bankı Qrupunun İcraçı Direktorlar şuralarında Azərbaycanın nümayəndəsi olub. O, 2019–2023-cü illərdə isə Azərbaycan Maliyyə Nazirliyində direktor müavini vəzifəsində işləyib.