Nazirliyin yeni Aparat rəhbəri o oldu - Foto
- 19.08.2026, 14:30,
- Xəbər / Mədəniyyət
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub."Qanunyolutv.az" xəbər verir ki, Mədəniyyət Nazirliyindən bildirilib ki, bu vəzifəyə mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev təyin edilib.
1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən Hikmət Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. Bu təyinatadək Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərən Hikmət Mustafayev strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır.
Dövlət qulluğunun baş müşaviridir.
Xatırladaq ki, əvvəlki Aparat rəhbəri
Mustafa Abbasbəyli ötən gün vəzifəsindən azad olunaraq başqa vəzifəyə təyin edilib.
****
Mədəniyyət nazirinin imzaladığı digər əmrə əsasən, Mustafa Abbasbəyli Adil Kərimlinin müşaviri təyin edilib.