Hüseyn Həsənovla bağlı 4 il - Qiyabi həbs qərarı
- 04.08.2026, 15:30,
- Xəbər
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Moskvanın Presnenski Rayon Məhkəməsi azərbaycanlı bloqer Hüseyn Həsənovla bağlı qiyabi həbs qərarı çıxarıb. “Qanunyolutv.az” Ura.ru-ya istinadən xəbər verir ki, o, pul vəsaitlərinin leqallaşdırılması işi üzrə 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Həbs cəzasından əlavə, Həsənov barəsində 1 milyon rubl (təxminən 21 min AZN) məbləğində cərimə və iki il ərzində internetdə kontent yerləşdirmə qadağası qərarı çıxarılıb. Bundan başqa, onun “Moskva-Siti”də yerləşən, dəyəri 46 milyon rubl (təxminən 966 min AZN) olan mənzili müsadirə edilib.
İstintaq Hüseyn Həsənovun 170 milyon rubldan (təxminən 3,5 milyon AZN) artıq məbləğdə vergini ödəməkdən yayındığı qənaətinə gəlib.
Xatırladaq ki, Hüseyn Həsənov daha əvvəl 2 dəfə Rusiyada
axtarışa verilib. O, 2024-cü ildən Rusiyada yaşamır.