Yeni direktor icra başçısının qardaşı imiş
- 26.05.2026, 20:00,
- Xəbər / Sosial / Səhiyyə
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Anar Bayramovun əmri ilə Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib.
“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Cavid Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin kiçik qardaşıdır.
Cavid Paşayev ölkənin tanınmış həkimlərindən biridir.
O, 2020-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən Vətən Müharibəsi zamanı xidmətə görə Fəxri Fərmanla, 2021-ci ildə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası dövründə xidmətə görə
“Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.
Qeyd edək ki, Elvin Paşayev 12 noyabr 2025-ci ildən Qax rayonunun icra başçısıdır. O, bu təyinatdan öncə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.