Onlara Dövlət Mükafatı verildi - Adlar
- 26.05.2026, 17:00,
- Xəbər / Mədəniyyət
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.“Qanunyolutv.az” xəbər verir ki, Sərəncama əsasən, 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:
Elm sahəsi üzrəAsəf Hacı oğlu Hacıyev - “Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabına görə;
Tarix Meyrut oğlu Dostiyev - Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə;
Mədəniyyət sahəsi üzrəEldar Hidayət oğlu Mikayılzadə – “Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixinə görə.