Mixail Saakaşvilinin yeni imici maraqla qarşılandı - Foto
- 26.05.2026, 13:00,
- Xəbər / Dünya
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili xarici görünüşündə dəyişiklik edib.“Qanunyolutv.az” xəbər verir ki, Mixail Saakaşvilinin məhkəmə iclasında çəkilmiş fotosu Gürcüstan mediasında yayılıb.
Fotoda sabiq prezident Ukrayna milli geyiminə bənzər qırmızı naxışlı ağ köynəkdə əks olunub. Bundan əlavə, Mixail Saakaşvili saçını Ukrayna kazaklarının saç düzümünə uyğun şəkildə qırxdırıb.
Qeyd edək ki, siyasətçi 2015-2016-cı illərdə Odessa vilayətinin qubernatoru, həmçinin Ukrayna Prezidenti Petro Poroşenkonun müşaviri vəzifələrində çalışıb.
Xatırladaq ki, 58 yaşlı Mixail Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə getdiyi Tbilisidə saxlanılmışdı.
2025-ci il martın 12-si gürcü siyasətçiyə büdcə mənimsənilməsinə görə 9 il, 17 martda isə sərhədin qanunsuz keçilməsinə görə 4 il 6 ay müddətinə həbs cəzası verilib. Onun ümumi cəza müddəti 12 il 6 ay təşkil edib və bu müddət 2034-cü ilin ortalarında başa çatmalıdır. Həmçinin 2025-ci il noyabrın 6-sı Gürcüstan Baş Prokurorluğu Saakaşviliyə qarşı sabotaj və hakimiyyəti devirməyə çağırış ittihamı üzrə yeni iş açıb.
