Zori Balayan öldü

  • 05.04.2026, 10:30,
  • Xəbər
  • Baxılıb: 15
Zori Balayan öldü

Erməni terrorunun məşhur ideoloqlarından biri, yazıçı Zori Balayan ölüb.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə məlumatı onun oğlu Hayk Balayan yayıb.

O, 80-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşmışdı. Bu kitabda Zori Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O, həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib.

Zori Balayan həm də Xocalı soyqırımının təşəbbüskarlarındandır.

1988-ci ildə Zori Balayan digər erməni ideoloqu Silva Kaputikyanla birgə Moskvada SSRİ prezidenti Mixail Qorbaçovla görüşərək, ondan “Qarabağ məsələsini” Ermənistanın xeyrinə həll etməyi istəmişdi.

Zori Balayan 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi kimi də tanınırdı.

Bununla əlaqədar Zori Balayana Azərbaycanda cinayət işi açılmışdı.

2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyada beynəlxalq axtarışda olan şəxs kimi saxlanıldıqdan 4 saat sonra sərbəst buraxılmışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter