Zaur Axundov ev dustaqlığında qaldı
- 31.03.2026, 10:00,
- Xəbər / İdman
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundovun ev dustaqlığında saxlanılma müddəti uzadılıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar çıxarıb.
Hakim xüsusilə külli miqdarda
yeyintidə ittiham olunan şəxsin istintaqdan yayınma ehtimalının qarşısının alınması məqsədilə təqdimatı təmin edib.
Qərara əsasən, Axundovun yaşayış yerini dəyişməsini məhdudlaşdıran ev dustaqlığı qətimkan tədbirinin müddəti uzadılıb.Qeyd edək ki, Zaur Axundov Cinayət Mcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Onun
“Araz-Naxçıvan” futbol klubunun rəhbəri olan qardaşı Ramin Axundov isə 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə
axtarışdadır. O, ölkədə olmadığından tutulması mümkün olmayıb. Qardaşların ikisinin də cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.