Şəhid qardaşların atası vəfat etdi - Foto
- 25.03.2026, 20:00,
- Xəbər / Sosial
Baxılıb: 8
Facebook
Вконтакте
Одноклассники
Google+
Xocavənd rayon Qaradağlı kənd sakini, 2 oğlunu şəhid verən İslam Dadaşov vəfat edib.“Qanunyolutv.az” xəbər verir ki, 1-ci Qarabağ müharibəsi veteranı olan İslam Dadaşov yaşadığı Xocavənd rayon Qırmızı bazar qəsəbəsində dünyasını dəyişib.
Mərhum doğulduğu rayonda dəfn edilib.
Qeyd edək ki, 1992-ci ildə məcburi köçkün kimi Mingəçevirdə məskunlaşmış İslam Dadaşov və ailə üzvləri bir müddət əvvəl Xocavəndə köçmüşdü. Ötən ilin sentyabrında Prezident İlham Əliyev Qırmızı bazarda olarkən İslam Dadaşovun evində olmuş, onunla söhbət etmişdi.
Onun iki oğlu - 1970-ci il təvəllüdlü Mikayıl və 1973-cü il təvəllüdlü Manaf Dadaşovlar 1992-ci ilin fevralında doğma Qaradağlı kəndinin müdafiəsi zamanı qəhrəmanlıq göstərib. Həmin döyüşdə Manaf Dadaşov həlak olub, Mikayıl Dadaşov isə əsir götürülüb, lakin taleyindən heç bir məlumat alınmayıb.