Samvel Karapetyan həbsdə qaldı

  • 08.09.2025, 18:30,
  • Xəbər
  • Baxılıb: 11
Samvel Karapetyan həbsdə qaldı

Rusiyalı iş adamı Samvel Karapetyanın həbs müddəti yenidən uzadılıb.

“Qanunyolutv.az” TASS-a istinadən xəbər verir ki, bu barədə biznesmenin vəkili Aram Vardevanyan məlumat yayıb.

“Məhkəmə bizim vəsatətimizi təmin etməyib və Samvel Karapetyanı həbsdə qoyub”, – vəkil bildirib.

Xatırladaq ki, Ermənistan Daxili İşlər Nazirliyi “Taşir” Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı cari ilin iyunun 17-də saxlayıb. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Bu zaman onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Onu da bildirək ki, Azərbaycan 2021-ci ildə Qarabağa qaçaq yolla silah-sursat daşıyan şirkət rəhbərlərini beynəlxalq axtarışa vermişdi. Həmin şəxslər sırasında Samvel Karapetyan da olub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter