Elşad Abdullayev haqda ilkin istintaq bitdi - Məhkəmə başlayır
- 11.08.2025, 14:30,
- Xəbər / Təhsil
Baxılıb: 8
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Beynəlxalq Universitetinin (ləğv edilib-red) xaricdə yaşayan rektoru Elşad Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Baş Prokurorluğun İstintaq İdarəsində aparılan ibtidai istintaqın yekununda Elşad Abdullayevə Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham verilib.
Qiyabi icraat qaydasındakı cinayət işini Fəxri Məmmədovun sədrlik etdiyi hakimlər araşdıracaq. Yaxın günlərdə ilk iclas keçiriləcək.Sabiq rektora ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlarından istifadə etmək təklif edilsə də o, ölkə hüdudlarından kənarda olduğundan bu hüquqlarından istifadə etməyib.
Dövlət tərəfindən təyin edilən vəkilin iştirakı ilə Elşad Abdullayev barəsində
həbs qətimkan tədbiri seçilib, daha sonra iş üzrə ibtidai araşdırma tamamlanıb.
Qeyd edək ki, Elşad Abdullayevdən əlavə xaricdə olan bir neçə bloqer haqda da ibtidai istintaq aparılıb. Sonuncu dəfə
Qabil Məmmədova qiyabi 16 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
