“Həkim 6 min pul aldı, yeni doğulmuş övladım öldü” - Yenilənib

“Həkim 6 min pul aldı, yeni doğulmuş övladım öldü” - Yenilənib

Masallıda yenidoğulmuş övladı vəfat edən şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, iyunun 7-si Yardımlı rayon sakini 1985-ci il təvəllüdlü Pərviz Gönlüşad oğlu Bağırov prokurorluğa ərizə ilə müraciət edib.

O bildirib ki, iyunun 3-ü Masallı Rayon Mərkəzi Xəstəxanasında Doğum və Ginekologiya şöbəsinin müdiri Təhminə həkim ondan 6000 manat pul alıb və səhlənkarlıq nəticəsində yenidoğulan övladı orada vəfat edib.

Müraciətlə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
****

"Qanunyolutv.az" xəbər verir ki, TƏBİB-dən cavab olaraq bildirilib ki, iyunun 3-ü saat 13:40 radələrində 1990-cı il təvəllüdlü şəxs 35 həftəlik hamiləlik, ciftin ayrılması diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Dərhal qeysəriyyə əməliyyatına alınıb. Ciftin ayrılması səbəbindən körpə ağırlaşma ilə doğulub. Zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır olduğundan daha ixtisaslı tibbi xidmət üçün 07.06.2025-ci il tarixində saat 18:00 radələrində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna təxliyə olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter